“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun növbəti solo konserti baş tutub.
Oxu.Az xəbər verir ki, “Equinox Beach Club”da baş tutan “Eldar summer live show” adlı konsert proqramında qonaqları salamlayan ifaçı Polad Bülbüloğlunun məşhur “Gəl, ey səhər” mahnısını yeni aranjimanda sevənləri üçün səsləndirib. Konsert zamanı 4 libas dəyişən Eldar “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova ilə duet də oxuyub.
Sənətçini Dj Çina, Ukraynadan gəlmiş Dj İqor Şavrov müşayiət edib.
Qeyd edək ki, müğənninin bundan öncəki “The One” adlı solo-club konserti martın 9-da baş tutmuşdu.
Aytən Sadıqzadə
Foto: Rəşad Mirzəyev
www.oxu.az