Oxu.Az-ın suallarına Milli Məclisin deputatı Asim Mollazadə cavab verir:
- ABŞ Konqresi iki oxunuşda Rusiyanın təcavüzünün qarşısının alınması barədə qanun layihəsi qəbul edib, bu qanun layihəsinə əsasən Moldova, Ukrayna və Gürcüstan NATO-ya üzv olmadan ABŞ-ın müttəfiqi statusunu alırlar. Bu sənədi və onun yaranma səbəblərini necə şərh edərdiniz?
- Konqres üzvlərinin müraciətinin və müvafiq sənədin yaradılmasının səbəbi Ukraynada gedən müharibə, Rusiya-Moldova münasibətlərinin gərginləşməsi, Rusiyanın Gürcüstana təzyiqidir. Bu keçmiş SSRİ-nin üç dövləti Avropa İttifaqı ilə assosiativ razılaşma imzalayaraq, onların ərazi bütövlüyünə və müstəqilliyi üçün təhlükə yaradan ciddi təzyiqin obyektinə çevriliblər. Və Birləşmiş Ştatlar bu ölkələrlə müttəfiq sənədini hazırlayaraq, onların müstəqillik və ərazi bütövlüyünü dəstəkləmək istəyir.
- Bundan başqa, Konqres üzvləri Azərbaycan da daxil olmaqla bir sıra ölkələr ilə hərbi-texniki əməkdaşlığı yüksəltməyi təklif edirlər.
- Bəli, belə istək Azərbaycanla münasibətlərdə də təzahür edir. Çünki Azərbaycan, ölkəmizə birbaşa təhlükənin olmamasına baxmayaraq yenə də təcavüzün qurbanıdır. Hətta deyərdim ki, Ermənistan tərəfindən təcavüzün ilk qurbanıdır. Ərazimizin işğalı tamamilə göz qabağındadır. Ştatlar Azərbaycan ilə hərbi əməkdaşlığı genişləndirmək istəyirlər ki, bu əməkdaşlığın köməyi ilə mümkün qədər təhlükənin qarşısı alınsın.
- Ona görə də ABŞ-ın Gürcüstan və Azərbaycan ilə hərbi əməkdaşlığının genişləndirilməsinə dair sənəddə Cənubi Qafqazın üçüncü dövləti Ermənistan haqqında bir kəlmə də deyilməyib...
- Bu, təbii ki, Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı, eləcə də ermənilərin Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatında üzvlüyü ilə əlaqədardır.
- Bəs ABŞ-da güclü mövqeyi olan erməni lobbisinin Azərbaycanla hərbi əməkdaşlığa aid olan müddəalarının yerinə yetirilməsinin qarşısını ala bilmə ehtimalı varmı?
- Xeyr. Burada məsələ birbaşa ABŞ-ın milli təhlükəsizliyi probleminə toxunur. Milli təhlükəsizliyə aid olan bütün məsələlərdə isə erməni lobbisi gücsüzdür.
- Ümid etmək olarmı ki, hadisələrin sonrakı inkişafı, eləcə də Amerika-Azərbaycan əməkdaşlığının inkişafı Azərbaycanın ərazi bütövlüyü problemində müsbət irəliləyişlərə səbəb ola bilər?
- İstənilən halda Ukrayna hadisələri Azərbaycanın Dağlıq Qarabağda yaşadıqlarının təkrarıdır. Və bu gün dünyada çoxlarına Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krıma qədər Qarabağ var idi. Bu ilk münaqişədir, eyni qoşunlarla eyni texnologiyalar. Və mən hesab edirəm ki, dünya ictimaiyyəti bu münaqişəni nizama salmağa yardım etmək üçün əlindən gələni etməlidir. Çünki məhz bu münaqişə regionda stabillik və inkişaf üçün əsas təhlükədir.
F.H
www.oxu.az