Bir müddət əvvəl mətbuatda teleaparıcı İlham Mirzəyev haqqında məlumatlar yayıldı və çox təəssüf edirəm ki, burada mənim də adım hallandı.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Adam içində” verilişində deyib. Onun sözlərinə görə, İlham Mirzəyevlə artıq barışsa da bu məsələ bitməyib, bunu davam etdirən insanlar var:
“Mən onlara səslənirəm ki, mənim adımı bu məsələdə hallandırmasınlar”.
Qeyd edək ki, məhkəmə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə İlham Mirzəyevə 4 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edib.