Müğənni Əli Mirəliyev futbolla məşğul olan oğlu Talehin oğurluq etdiyi barədə məlumatı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Space telekanalında yayımlanan “Yalan-Doğru” verilişində müğənni həmin hadisənin Uelsdə baş verdiyini etiraf edib.
Mirəliyev oğurluq barəsində bunları deyib:
“Bəli, belə hadisə baş verib. Oğlum futbolçu yoldaşları ilə birlikdə Uelsde olanda geyim mağazasından bir neçə geyim götürərək hesabı ödəməyiblər. Polis onlardan şübhələnib və gəncləri saxlayıb”.
Qeyd edək ki, o vaxtkı AFFA rəhbərliyi işə qarışaraq, tutulanları polis idarəsindən çıxarıb. Oğurluq edənlərin bundan sonra Böyük Britaniya ərazisinə girişi qadağan olunub.
Aytən Sadıqzadə
www.oxu.az