ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.
Oxu.Az xəbər verir ki, müğənni həyatındakı ağır itkilərdən söz açıb.
“İki yaşımda atamı, sonra anamı və cavan bacımı itirmişəm. Bacım erkən yaşda dünyasını dəyişdi, 2 uşağı qaldı. Allaha şükür, hər ikisi ailə qurub. Bir qardaşım, bir bacım qalıb. 2 nəvəm var.
Həyatımda nə olubsa, səhərlər olub. Atamın meyitini də səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib. Səhər oyananda həmişə qorxmuşam. 3 acını da səhərlər yaşamışam. Mənim övladlarım dünyaya gəldi, 2 övladım səhər rəhmətə getdi”, - deyə o bildirib.
A.S.
www.oxu.az