İyunun 25-də, gecə saat 00.53-də Bakının Badamdar şossesində 99-LG-027 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib.
Oxu.Az xəbər verir ki, bu pozuntu Avtosfer.az saytının əməkdaşının avtomobilindəki kameraya düşüb.
Saytın əməkdaşı ona yaxınlaşıb qayda pozuntusuna görə irad bildirdikdə, sürücü özünü polis mayoru kimi təqdim edib və Səbail rayon polis idarəsinin müstəntiqi vəzifəsində çalışdığını bildirib.
E.Ə.