Ötən gün müğənni İradə İbrahimova doğum günü və Əlixan Səmədovun nikah mərasimi barəsində sizə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, sənətçimiz öncə balaban ifaçısı Əlixan Səmədovun nikah mərasiminə qatılıb. İradə xanımın özəl gününə sürpriz hazırlayan balaban ifaçısı şad günündə bütün qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşadıb. İradə xanımın şərəfinə hədiyyələr və tort sifariş edilib. Səbəbkarlar və İradə xanım təbrik yağışına tutulublar.
Nikah mərasiminə tanınmışlardan İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova, aktrisa Məlahət Abbasova, müğənni Günel Zeynalova da qatılıb.
Xatırladaq ki, Əlixan Səmədov Ellada adında azərbaycanlı xanımla nikaha daxil olub.