Britaniyalı məşhur müğənni və bəstəkar Elton Con 2024-cü ildə kəskin göz infeksiyası keçirdikdən sonra görmə qabiliyyətini itirib və bir ildən çox müddət oxuya bilməyib.
Oxu.Az "The Daily Mail" qəzetinə istinadən xəbər verir ki, onun sol gözü artıq qismən görməyə başlayıb.
Məlumata görə, 78 yaşlı musiqiçi bu dövrü "dəhşətli və həyatının sınağı" kimi qiymətləndirib.
"Mən inanılmaz bir həyat yaşadım. Sadəcə səbirli olmaq və elmin kömək etməsini gözləmək lazımdır. Sağalmağım üçün bərpa prosesi çox yavaş gedir. Yenidən görə bilməyim bir az vaxt aparacaq", - deyə Elton Con bildirib.