Əməkdar artist Elza Seyidcahan qızı və gəlini ilə yeni fotolarını sosial şəbəkədə paylaşıb.
Oxu.Az Axsam.az-a istinadən xəbər verir ki, məclislərin birində lentə alınan şəkillərdə müğənninin gəlininin qucağındakı uşaq diqqət çəkib.
E.Seyidcahan nəvəsi olması ilə bağlı söz-söhbətlərə cavab verib:
“Hamı elə bilir ki, nəvəm olub. O uşaq rəfiqəmin nəvəsidir. Həmin körpə doğulanda onu ilk mənim qucağıma verdilər. Adı Nuraydır. Mən də tezliklə nənə olmaq istəyirəm. Gənc nənə olmaq gözəldir”.