Bakıda dekabrın 20-də Rafiq Məmmədova məxsus “Volkswagen” avtomobilini qaçırdığına görə tutulmuş Rəqsanə Quliyevanın digər cinayət əməli müəyyən olunub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Rəqsanə Quliyevanın ətrafında Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 18-də Rasim Dadaşova məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.