Əməkdar artist Zöhrə Abdullayeva “Hər şey daxil” verilişinin qonağı olub.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, əməkdar artist mərhum həyat yoldaşından söhbət açıb:
“Mən Zeynəb Xanlarovanın dəlisiydim. Dövlət konsertlərinin sonunda Zeynəb xanım oxuyurdu. Həyat yoldaşım o biri otaqda yatırdı və mənə qışqırırdı ki, televizoru söndür, işığı gözümə düşür. Mən də sakit söndürürdüm. Məncə, o bilirdi ki, incəsənət məni çəkir. Amma icazəsiz səhnəyə çıxmazdım. Məni təhkimli kəndli kimi saxlayırdı. Amma belə şeylərə dözməyi heç kimə arzulamıram. Kişilər təpikləyib-yumruqlayacaq, qadınlar namus-qeyrət deyib dözəcək? 14 il dözdüm. Sonra Allahın amnistiyasına düşdüm. İnsan kölə olmalı deyil. Qadın kişinin xəyanətini keçirsə, hər dəfə xəyanətə məruz qalacaq. Amma hər dəfə ailə dağıtmaq lazım deyil. Papaq deyilik ki, başdan-başa gəzək”.