Əməkdar artist Elşən Cəbrayılov ATV-də yayımlanan "Düzünü desək" verilişində xalq artisti Brilyant Dadaşovaya gizli sevgisini etiraf edib.
Oxu.Az xəbər verir ki, aktyor 18 yaşında ikən Brilyant xanımı sevdiyini söyləyib:
"18 yaşımda ilk baxışdan Brilyant xanımın həm sənətini, həm də özünü sevmişəm. Həmişə istəyirdim ki, o, mənə baxsın, amma baxmırdı. Bu, təmiz, pak hislər idi".
Dadaşova isə aktyorun fikirlərinə münasibət bildirib:
"Məndə belə bir xüsusiyyət var, çox yaraşıqlı kişiyə baxmıram. Yəqin sənə də ona görə baxmamışam".
Aytən Sadıqzadə