Ukraynanın əməkdar artisti Alla Kuşnir Bakıda açılışa qatılıb.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, oriental rəqqasə şousu ilə qonaqları heyran edib.
Bir neçə gün Bakıda qalan Alla paytaxtımıza heyran olduğunu bildirib:
“Sonuncu dəfə iki il əvvəl Bakıda olmuşdum. Budəfəki səfərimdə çox dəyişiklik gördüm. Bakı gözəllikdə Dubayı ötüb”.