Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canan) sosial şəbəkədə onunla bağlı paylaşım edib.
O, övladlarının ondan alındığını bildirib.
Müğənniyə səslənən Canan “Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli! Allah böyükdür. Bunu unutma”, - deyə bildirib.
Qeyd edək ki, Canan müğənninin oğlu Kərimlə ailəlidir. Cütlüyün üç övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları atası ilə qalır.
Mənbə: Axşam.az
