Əməkdar artist Rəhman Rəhmanov ATV-də yayımlanan “Bizimləsən” verilişində iki dəfə ailə qurduğunu və hər iki xanımı ilə münasibətinin yaxşı olduğunu söyləyib.
Oxu.Az xəbər verir ki, aktyorun ikinci həyat yoldaşı bunları deyib:
“Münasibətimiz yaxşıdır. 20 ildir birinci xanımı ilə, 22 ildir mənimlə ailə qurub. Əvvəldən bir-birimizi tanımışıq. Bacı kimiyik”.
R.Rəhmanovun birinci həyat yoldaşı isə “biz ailə quranda ikimizin də 17 yaşı var idi. İnsan yaşa dolduqca həyata baxışı da başqa olur. Biz bir-birimizi başa düşmüşük, sakit şəkildə ayrılmışıq. Rəhman müəllimlə 4 balamız var. Onun övladlarının arxasında dayanmasından ötrü mən bu mehribançılığı yaratmalı idim. Burada söhbət kişini paylaşmaqdan getmir. Gələcəkdə uşaqların həyatını fikirləşmək lazım idi”, -deyə bildirib.