İqtisadiyyat naziri Şahin Mustafayev İranın səhiyyə və tibbi təhsil nazirinin müavini, Ərzaq və Dərman Məhsulları Təşkilatının sədri Rəsul Dinarvənd ilə dərman istehsalı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildirilib.
“Hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair İranın “Darou Pakhsh” şirkəti ilə danışıqların aparılır.
Müəssisənin təşkili üçün Sumqayıt Kimya Sənaye Parkında müvafiq yer təklif edilib.
Əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər”, - deyə Ş.Mustafayev qeyd edib.
Öz növbəsində, R.Dinarvəndi bildirib ki, Azərbaycanla birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılması İran tərəfindən dəstəklənir.
O, “Darou Pakhsh” şirkəti ilə yanaşı, digər İran şirkətlərinin də cəlb oluna biləcəyini vurğulayıb.
Ülviyyə R. Əli
www.oxu.az