Bəli, mən hər həftə öz sarayıma oğullarım Əli və Mikayıl ilə iki-üç günlük vaxt keçirməyə gəlirəm.
Əvvəl onlar həyat yoldaşım ilə Londonda yaşayırdılar (Emin Ağalarovun xanımı Leyla Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızıdır – red.), amma bu il məktəbə getdikləri üçün mənim doğma şəhərim Bakıya köçüblər.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur müğənni və iş adamı Emin Ağalarov “7 dney” portalına verdiyi müsahibəsində bildirib.
Öz evindən danışan Emin qeyd edib ki, bu, bir bina deyil, iki binadır, onlar güzgüdəki kimi əks olunur.
“Biz atamla bu layihəni Leylanın əkiz uşaq gözlədiyini bildikdə düşünmüşük. Zaman keçdikcə mülklərdən biri Əliyə, biri isə Malikə məxsus olacaq. Evlərin miqyasları çox böyükdür, çünki mən oğlanlarım evləndikdə onların böyük ailələrinin olmasını istəyirəm...
Evlərin layihəsi üzərində yapon memarı işləyib, o evləri sahədə necə yerləşdirməyi düşünüb. Mənim burada ən çox sevdiyim yer uşaq otağıdır. Burada övladlarımla dəmir yolu oynayırıq, cizgi filmlərinə baxırıq.
Mən sadəcə əminəm ki, uşaqlar Allahdan paydır. Mən 18 yaşımdan övlad sahibi olmaq istəmişəm və biləndə ki, mənim övladım olacaq, həm də bir yox, iki, həm də hər ikisi oğlan sevindiyimdən qışqırmağa başladım. And içirəm! Həkim mənə gülürdü və “Sakit ol” deyirdi.
Xatırlayıram ki, onlar doğulanda uşaqlarımdan gözümü çəkə bilmirdim, beşiklərindən əlimi çəkmirdim.
Bəli, mən indi onlarla hər gün ola bilmirəm, amma bura gələndə bunun əvəzini çıxmağa çalışıram. Telefonu söndürürəm və “Beləliklə, biz bu gün nə edəcəyik?” deyə soruşuram. Və onlar əmr verməyə başlayırlar:
“Birinci konstruktor, sonra isə futbol”. Bəzən ciddi davranmaq da lazım gəlir. Mikayıl bir dəfə mənə “Bax, sən bizi həmişə cəzalandırırsan, bir gün səni də cəzalandıracaqlar” dedi. Mən təəccübləndim “Kim məni cəzalandıracaq?” – cavabı isə “Babam!” oldu. Onların babası isə Azərbaycanın prezidentidir. Görürsüz, belə qayınata ilə necə təhlükəli vəziyyətdəyəm? (Gülür).