Dünya şöhrətli bəstəkar-müğənni Emin Ağalarovun yenicə işıq üzü görən “Kənarında” adlı albomu “iTunes”də üçüncü olub.
Oxu.Az-ın məlumatına görə, albom cəmi üç gün ərzində ən çox satılanlar siyahısında yer alaraq rekord qırıb. Birinci yerdə Beyonsun, ikinci yerdə isə rok qrupu “Zveri”nin albomu qərarlaşıb.
Qeyd edək ki, Emin rus dilində ifa etdiyi mahnıların yer aldığı ilk albomunu ötən həftə təqdim edib. Albomun satışından əldə olunacaq gəlir xeyriyyə işlərinə sərf ediləcək.

Aytən Sadıqzadə
www.oxu.az