Eminemin keçmiş həyat yoldaşı Kim Skott təcili şəkildə xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ telekanalı məlumat verib.
Məlumata görə, Kim Skott qanaxma və kəsik xəsarətləri ilə xəstəxanaya daxil olub. Hadisənin təfərrüatı və reperin keçmiş həyat yoldaşının özünü necə hiss etdiyi hələ məlum deyil.
Telekanalın qeyd etdiyinə görə, Skott may ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunub. O, Çesterfilddə park edilmiş avtomobilə çırpılıb. İyun ayında hakim sənətçinin keçmiş həyat yoldaşına məhkəmə iclaslarına gəlmədiyinə görə müvəqqəti həbs orderi verib. Daha sonra orderlər geri çəkilib.