Yaradıcılığını əsasən Rusiya, Amerika və Avropa ölkələrində həyata keçirən müğənni-bəstəkar Emin Ağalarov daha bir möhtəşəm konsert proqramı ilə tamaşaçılarının qarşısına çıxıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ifaçı Rusiyanın Yekaterinburq şəhərində yüzlərlə pərəstişkarı üçün səhnəyə çıxıb, sevilən mahnılarını ifa edib. Bakıda konsert verməyə hazırlaşan Emin aprel ayının 11-də saat 19:00-da Yekaterinburqun “Kosmos” adlı konsert zalında çıxış edib.
Rusiyada yaşayan həmyerlilərimiz bildiriblər ki, Eminin konsert zalında bütün yerlər dolu olub, hər kəs ayaq üstündə sənətçi ilə birlikdə mahnıları ifa ediblər. Emin Ağalarovun mahnıları hamı tərəfindən sevilərək dinlənilib.
Xatırladaq ki, müğənni iyun ayının 21-də Bakıda “Sea Breeze” hotelində konsert proqramı ilə bakılılar qarşısında çıxış edəcək. Gecənin əsas qonağı britaniyalı müğənni Kreyq Devid olacaq. Emin və Kreyqdən öncə səhnəyə Beatheaven qrupu, DJ Shock və DJ Tim çıxacaq.
Qeyd edək ki, Eminin bu yay daha bir konserti “Yaşıl teatr” səhnəsində, iyulun 17-də olacaq.
Eminin son konsertindən olan eksklüziv fotoları sizə təqdim edirik: