Azərbaycanlı teletamaşaçılar artıq “adət” ediblər ki, hər il “Eurovision” mahnı müsabiqəsi zamanı Ermənistanın nümayəndələri bizim musiqini özlərinki kimi təqdim etməyə çalışır, ölkəni təmsil edən videoçarxlarda Dağlıq Qarabağı öz əraziləri kimi göstərməyə çalışırlar.
Bu il də istisna olmadı. Erməni nümayəndəsinin çıxışından əvvəl göstərilən videoçarxda işğal olunmuş Kəlbəcər rayonu, Vəngli kəndi, Xaçın çayın sahilində yerləşən Qandsazar monastırı göstərildi. Alban (Azərbaycan) memarlığının möhtəşəm incilərindən sayılan Xəzinədağ (Qandsazar) monastırı Kəlbəcər rayonunda, Xankəndi şəhərindən 2 saatlıq məsafədə yerləşir. Ermənilər hər dəfə Qarabağın özlərinə məxsus olduğunu sübut etməyə çalışarkən bu monastırı erməni abidəsi kimi təqdim edirlər.
Xatırladaq ki, Ermənistanı builki müsabiqədə Lonely Planet (Tənha planet) mahnısı ilə Dorians təqdim edir.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin