Malmö şəhərində (İsveç) “Eurovision 2013” mahnı müsabiqəsinin finalçıları elan edildi.
Azərbaycan Xəbərlərinin məlumatına görə, builki finalda ölkəmiz də iştirak edəcək. Azərbaycanın təmsilçisi Fərid Məmmədovun adı ikinci yarımfinaldan finala keçənlərin siyahısında 2-ci səsləndi.
Xatırladaq ki, builki “Eurovision” müsabiqəsində Azərbaycanı istedadlı müğənni və idmançı, altı yaşından oxumağa başlamış, bundan başqa, yunan-roma güləşi və braziliyalıların döyüş sənəti – kapoera ilə məşğul olan Fərid Məmmədov təmsil edir. Hazırda Fərid “Bülbüllər” qrupunun solistidir, onun “Eurovision”dakı çıxışına isə Ani Lorak və Sakis Ruvasla işləmiş məşhur Dmitris Kontopulos prodüserlik edəcək. Fərid müsabiqədə 4-cü nömrə altında, “Hold Me” kompozisiyası ilə çıxış edəcək (mətnin altında mahnıya keçid yerləşdirilib).
Qeyd edək ki, ötən il Azərbaycanda keçirilmiş “Eurovision 2012” müsabiqəsində İsveçin təmsilçisi Loren qalib gəlmişdi (“Euphoria” kompozisiyası ilə) və bu il müsabiqə onun ölkəsində, Malmö şəhərində baş tutacaq.
Ümumilikdə 26 ifaçının iştirak edəcəyi final isə mayın 18-də keçiriləcək.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin