Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo model Didem Soydan ilə evlənməyə hazırlaşır.
Oxu.Az hurriyet.com.tr-yə istinadla xəbər verir ki, evlilik xəbəri barəsində Didem Soydan özü məlumat verib.

“Canın serial çəkilişlərindəki iştirakına görə, toyun vaxtını dəqiqləşdirə bilmirik. Uşaq məsuliyyəti məni bir az qorxudur, ancaq yaxşı ana olacağımı düşünürəm”, - deyə model bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda Can Bonomo Didem Soydana evlilik təklifi etmişdi.

Aytən Sadıqzadə
www.oxu.az