Müğənni Can Bonomo uzun zamandır birlikdə olduğu model Didem Soydana evlilik təklifi edib. Məşhur model bir neçə gün əvvəl aldığı romantik təklifə düşünmədən “bəli” deyib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük nikah dəftərinə xaricdə imza atmaq istəyir. Toy isə daha möhtəşəm olacaq. Albaniya immiqrantı olan Soydan alban ənənələrinə görə üç gün üç gecə davam edəcək toy etməyi və hər gecə fərqli gəlinlik geyinməyi planlaşdırır.
Aytən Sadıqzadə
www.oxu.az