Gənc müğənni Rilaya (Valeriya Hüseynzadə) yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Böyük səhnə” və “Eurovision 2013” milli seçim turlarının finalçılarından olan müğənni Rilaya BMF prodüser mərkəzinin dəstəyi ilə yeni klip lentə aldırıb.
“Saf” adlı lirik mahnının sözləri Zəhra Bədəlbəyli, musiqisi Emin Kərimiyə aiddir. Klipin rejissorları Ceyhun İbrahimoğlu, Vüsal Həsən, quruluşçu operatoru Ayxan Salar, art direktor Azər İbrahimoğludur.
Aytən Sadıqzadə
www.oxu.az