Bu gün İsveçin Malmö şəhərində “Eurovision-2013” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilir.
Odlar Yurdu Azərbaycanı builki müsabiqədə hələ “Bülbüllər” qrupundan yaxşı tanınan Fərid Məmmədov, “Hold me” mahnısı ilə təmsil edir. Azərbaycanın təmsilçisi bu gecə 20-ci nömrə altında səhnəyə çıxacaq.
Fərid Məmmədova uğurlar arzulayır və xatırlatmaq istəyirik ki, final gecəsində aşağıdakı ölkələr çıxış edəcəklər:
Rusiya (Dina Qaripova), Moldova (Alyona Mun), Litva (Andryus Poyavis), İrlandiya (Rayan Dolan), Estoniyp (Birgit Iygemeel), Belarus (Alyona Lanskaya), Danimarka (Emmili de Forest), Belçika (Roberto Bellaroza), Ukrayna (Zlata Oqneviç) və Hollandiya (Anuk), Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan (“Dorians”), Finlandiya (Krista Sieqfrids), İsveçrə (“Takasa”), Malta (Canluka Bezzina) və Yunanıstan (“Koza Mostra” və Aqafonas İakovidis)
Bundan başqa, ev sahibi - İsveçrə, eləcə də, “Böyük beşlik” ölkələrinin - Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Almaniya təmsilçiləri seçmə mərhələdən keçmədən finalda çıxış edəcəklər.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin