Avropa Danimarkada keçiriləcək “Eurovision 2014” beynəlxalq mahnı müsabiqəsinə hazırlaşır.
Oxu.Az xəbər verir ki, Danimarka İsveçrədə keçirilən “Eurovision - 2013” Emmili de Forestin ifa etdiyi “Only Teardrops” mahnısı ilə qalib olub. Müsabiqə Kopenhagendə Amager adasında “Refhaleyen” meydanında B&W zalında keçiriləcək.
Bu gün Azərbaycanın 59-cu “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova şou səhnəsindəki ilk məşqini edəcək.
Təmsilçimizin məşqi Bakı vaxtı ilə saat 18.30-da başlayacaq. O, Azərbaycanın müsabiqə mahnısını, “Start a fire” balladasını canlı ifa edəcək. Mahnını İohan Kronland, Alessandr Quthard, Stefan Örn yazıb. Müğənninin məşqi saat 19-dək davam edəcək. İfaçılar püşkatmada müəyyən olunan ardıcıllığa uyğun çıxış edəcəklər.
Xatırladaq ki, Dilarə Kazımova “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6-da Kopenhagendə keçiriləcək birinci yarımfinalında səhnəyə 8-ci çıxacaq. Ümumiyyətlə isə 59-cu “Eurovision 2014” mahnı müsabiqəsinin mayın 6 və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.
“Eurovision 2014” səhnəsinin necə olacağını aşağıdakı fotoreportajdan görə bilərsiniz.
Fotolar eurovision.tv saytından götürülüb.
Aytən Sadıqzadə
www.oxu.az