Mayın 23-də Avstriyanın Vyana şəhərində “Wiener Stadthalle” arenada “Eurovision 2015” mahnı müsabiqəsinin finalı baş tutub.
Oxu.Az xəbər verir ki, 27 ölkənin iştirak etdiyi finalda Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxıb və “Hour of the Wolf” mahnısını ifa edib.
O, 365 xal toplayıb.
Azərbaycan təmsilçisi Elnur Hüseynov 49 xal toplayaraq, 12-ci yerdə qərarlaşıb.
Azərbaycana 12 balı Çexiya verib. Gürcüstan ölkəmizə 10, Ermənistana isə 12 xal verib.
Azərbaycan 8 balı İtaliyaya, 10 balı Gürcüstana, 12 balı isə Rusiyaya verib.
İsveç 365, Rusiya 303, İtaliya 292 xalla “Eurovision 2015” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Beləliklə də, “Eruovision 2016” yarışması İsveçdə baş tutacaq.