“Eurovision 2015” mahnı müsabiqəsinin keçiriləcəyi “Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb.
Oxu.Az xəbər verir ki, Avstriyanın Vyana şəhərində baş tutacaq yarışmaya 40-a yaxın ölkənin nümayəndəsi qatılacaq.
Ölkəmizi mahnı müsabiqəsində Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, müsabiqənin I yarımfinalı mayın 19-u, II yarımfinalı 21-i, final mərhələsi isə 23-də olacaq.