Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision - 2017” üçün Azərbaycanın milli münsiflər heyətinin tərkibi açıqlanıb.
Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, Azərbaycan milli münsiflər heyəti aşağıdakı tərkibdə formalaşıb:
1) Afaq Məlikova (Rəqqasə, Azərbaycan SSR-in Xalq artisti, bədii rəhbər)
2) Aleksandr Şarovski (aktyor)
3) Anar Sadıxov (akkordeonist, aranjimançı)
4) Sevda Ələkbərzadə (müğənni, bəstəkar)
5) Anar Hüseynov (musiqiçi)
Qeyd edək ki, münsiflər heyətinin səsləri ümumi səsvermədə 50% paya sahibdir.
Bu il müsabiqədə Azərbaycanı musiqisi İsa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə müğənni Dinara Hacıyeva (Dihaj) təmsil edəcək. O, mayın 9-da keçiriləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.
A.S.
www.oxu.az