Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Telnov küçəsi 10, mənzil 5 ünvanında baş verib.
1967-ci il təvəllüdlü İlqar Niyazova məxsus mənzildən 7 min manat dəyərində qızıl-zinət əşyaları, 10 min dollar və 30 min manat oğurlanıb.
Ev sahibi 34-cü Polis Bölməsinə müraciətində bildirib ki, hadisə aprelin 30-da saat 17:30-dan 23:00-dək olan müddətdə mənzildə heç kimin olmadığı vaxt baş verib. Ailənin toy məclisində olmasından istifadə edən naməlum şəxs və ya şəxslər qapını açaraq evə soxulub.
Qeyd edək ki, şikayətçi İ.Niyazov biznesmendir.
Qafqazinfo saytı zərərçəkən ailənin qız evi olduğunu və onların cinayətdə oğlan evini günahlandırdığını yazıb.
12:20
Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə toy günü baş verib.
Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.
Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Onlar bu hadisənin oğlan evi tərəfindən planlaşdırıldığını ehtimal edirlər.
Belə ki, oğlan evi el adətinə görə, qız evindən “götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıblar. Evdə heç bir əşyaya toxunulmayıb, sadəcə qeyd olunan məbləğdəki pul və zinət əşyaları götürülüb.
Qeyd edək ki, polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb.
Hazırda iş Xətai Rayon Polis İdarəsində araşdırılır.
Z.Q.
www.oxu.az