Aprelin 28-də Bakıda “Gənclik Mall” ticarət mərkəzində “Hər şey ev üçün!” şüarı ilə fəaliyyətə başlayan “Decoria” mağazasının açılış mərasimi keçirilib. Müştərilər məkanda onlar üçün hazırlanmış sürprizlər, xüsusi endirimli qiymətlərlə qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, ev, ofis və bağ üçün nəzərdə tutulan məhsulların satışı ilə məşğul olan mağaza 2 min kvadratmetr sahəni əhatə edir.
Burada müştərilərə 200-dən artıq istehsalçı və 400-dən çox markanın 10 mindən artıq çeşiddə məhsulları təklif olunur. Mağazada mebel, məişət və mətbəx əşyası, hamam aksessuarları, xalça, təmir vasitələri, bağa lazım olan hər bir avadanlıq və s. satışa təqdim edilir.
60 nəfərlik personalı ilə alıcılara xidmət göstərən mağazanın məqsədi müştərilərin zövqünü daha keyfiyyətli və münasib qiymətə satılan mallarla oxşamaqdır.
“Decoria” markası ilk mağazanın ardınca bir il ərzində Bakıda 3, Azərbaycanın digər şəhərlərində isə 3 il müddətində 10 mağaza açmağı planlaşdırır. Hədəf təkcə bununla bitmir, ölkəmizin hüdudlarından kənarda da mağazalar açmaq və “Decoria” - Azərbaycan brendini dünyada tanıtmaq qarşıda duran ən başlıca məqsəddir.
Aytən Sadıqzadə
Foto: İsmayıl Nur
www.oxu.az