Ukraynanın paytaxtı Kiyevdə keçirilən“Eurovision - 2017” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
Oxu.Az report-a istinadən xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib.
Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi “Skeletons” mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.
13 may, 09:28
Bu gün Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq.
Final şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər.
Keçən ildən səslərin hesablanması qaydaları dəyişdirilib. Münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.
Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Bu sayda ölkə bundan 5 il əvvəl Azərbaycanda keçirilən “Eurovision - 2012” mahnı müsabiqəsinə qatılmışdı.
Z.Q.
www.oxu.az