Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Eurovision-2018”in qalibi müəyyənləşib – VİDEO
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, builki müsabiqənin birincisi İsrail təmsilçisi Netta olub.
O, “Toy” (Oyuncaq) mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan toplam 529 xal qazanıb.
II yeri 436 xalla Kipr tutub, müsabiqənin üçüncüsü isə Avstriya təmsilçisi olub – 346 xal.
Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü “Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.
Daha öncə Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq “X my heart” mahnısını ifa edib, lakin finala keçə bilməyib.
Pərviz HÜSEYN
www.oxu.az
Rəylər