Rusiyanın NTV kanalının “Sən supersən!” layihəsinin iştirakçısı olmuş azərbaycanlı Pərvanə Alcanovanın bu gün mətbuat konfransı keçirilib.
Oxu.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Pərvanə müsabiqə barədə təəssüratlarını və gələcək planlarını bölüşüb.
Tədbirin qonağı, “Eurovision - 2011” müsabiqəsinin qalibi, tanınmış müğənni Eldar Qasımov Pərvanəyə xoş arzularını bildirərək rəhbərlik etdiyi vokal məktəbdə dərs keçmək imkanı verən sertifikatı ona hədiyyə olaraq təqdim edib.
A.S.
www.oxu.az