Türkiyənin “Star” televiziyasında yayımlanan “Zuhal Topalla” evlilik verilişində məşhurlaşan azərbaycanlı namizəd Naz Mila növbəti rəqs videosu ilə sosial şəbəkələrdə izlənmə rekordları qırıb.
Oxu.Az baku.ws-ə istinadla xəbər verir ki, videoda Naz Şakiranın “Chantaje” mahnısının sədaları altında bir kişi ilə rəqs edib. Video sosial şəbəkədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Naz əvvəl verilişdə tanış olduğu Baha Selenbaşla sevgili olub. Lakin cütlük bir müddət sonra qalmaqallı şəkildə ayrılıb. Bahanın Nazı döydüyünə dair kadrlar internetdə yayılıb. Daha sonra isə Əli Əkbər adlı azərbaycanlı model Naza elçi düşüb. Cütlük münasibətlərini bir müddət davam etdirsə də, Naz Əlidən ayrılıb. İndi isə o, yenidən Əli ilə barışmaq qərarına gəlib.
A.S.