Azərbaycanlı müğənni Ezo türkiyəli müğənni Rafet El Romanla duet şəklində yeni mahnı ifa edib.
Oxu.Az xəbər verir ki, “Kalbinə sürgün” adlı ilk dueti ilə populyarlıq qazanan müğənnilər növbəti dəfə “Git deyəməm” adlı mahnıya klip çəkdiriblər. Mahnının sözləri və musiqisi Nezih Üçlerə məxsusdur.
Həmin klipi sizə təqdim edirik.
Qeyd edək ki, Rafet El Roman 7 iyunda Bakıda konsert proqramı ilə çıxış edəcək.
Aytən Sadıqzadə
www.oxu.az