Uzun müddətdir ekranlardan uzaq qalan türkiyəli məşhur aktrisa Fahriyye Evcen ölkənin reytinqli serialı “Masumlar apartmanı”nın komandasına qatılacaq.
“Haber Global” məlumat verir ki, Evcen serialda Ceylan obrazını canlandıracaq.
Ezgi Mola, Birkan Sokullu, Farah Zeynep Abdullah və Merve Dizdarın əsas rolları paylaşdığı serial bu həftə sezon finalı ilə tamaşaçılarla sağollaşacaq.
Evcenin serialda yeni sezondan iştirak edəcəyi bildirilir.
Rəylər