Xalq artisti Faiq Ağayev Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Oxu.Az xəbər verir ki, müğənni ifanı “Xəzər” televiziyasında yaıyımlanan “Bizim gün” verilişində qonaq olan zaman səsləndirib.
Xalq artisti “Facebook” profilində həmin video-görüntünü paylaşaraq “Haqqımız olan qələbəyə bu qədər yaxın olmamışdıq bu günə kimi. Xalqımız, ordumuz Vətən tarixinə qəhrəmanlıq səlnaməsi yazmaqdadır. Doğma torpaqlarımızın - gözəl Qarabağımızın üzərində şanlı bayrağımız dalğalanmalıdır! Allah Azərbaycana yar olsun!” sözlərini yazıb.
Qeyd edək ki, dövlət himnimizin sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova məxsusdur.
Aytən Sadıqzadə
www.oxu.az