Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Faiq Ağayev onu qınayanlara cavab verdi
Azərbaycanın xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə onun fikirlərini yanlış təhrif edənlərə cavab verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, F.Ağayev sosial şəbəkələrdəki bir neçə əhəmiyyətsiz səhifə istifadəçilərinin vicdan, əxlaq, gerçəklik, ədalət və din-imanı unudub, onu ləkələmək üçün “hücum”a keçdiklərini bəyan edib.
Xalq artisti qeyd edib ki, bu ilin avqust ayında yazdığı status təhrif edilərək ixtisar edilib və insanlarda yanlış təəssüratlar yaradılıb:
“Həqiqəti qəbul etmək üçün qərəzsiz olmaq gərəkdir”.
Xatırladaq ki, Faiq Ağayevin məlum paylaşımında “Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər” fikirləri təhrif olunaraq ixtisarla verilmişdi.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
Rəylər