Türkiyə istehsalı olan “Fatmagülün suçu ne?” serialı indiyə qədər bir çox ölkədə nümayiş olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ekran əsərinin ssenarisini bu dəfə hindistanlılar alıb.

Hindistanın məşhur aktyoru Rajesh Khattar və yeddi il fasilədən sonra yenidən səhnəyə qayıdan aktrisa həyat yoldaşı Vandana Sajnani serialda baş rolu canlandıracaq.
Rajesh Khattar ictimai media hesabından serialdan bir səhnə paylaşıb.
Serialın adının “Fatmagül” olacağını söyləyən və layihəni həyata keçirən “Star Plus” şirkəti orijinal ssenariyə sadiq qalacaqlarını vurğulayır.
A.S.
www.oxu.az