Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Faytonçu Nazim yıxıldı, işemik insult keçirdi
"Müğənni Faytonçu Nazim ilkin olaraq Kliniki Tibbi Mərkəzə gətirilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qapalı kəllə-beyin travması alan müğənni Nazim Pişyarini (Faytonçu) briqada Kliniki Tibbi Mərkəzə təxliyə edib.
O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.
Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub", - məlumatda qeyd edilib.
Aygün Mirakif
Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Rəylər