Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fərda Amin: Yuxusuna girdiyim şəxs mənə zəng edib, borcumu bağladı - VİDEO + FOTO
ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı aktyor Fərda Amin (Xudaverdiyev) olub.
Oxu.Az xəbər verir ki, o, başına gələn maraqlı hadisəni ilk dəfə həmin proqramda danışıb.
“Hal-hazırda olduğum evi ipoteka ilə almışdım. 5 il işləmədim. Axırıncı ayı ödəyə bilmirdim. Cibimdə 60-70 manat pul var idi. Gecə saat 2-nin yarısı Moskva nömrəsi ilə mənə zəng gəldi. Dedi ki, 2-3 il bundan əvvəl mənim toyumu idarə etmisən. 1 həftədir ki, gecə-gündüz mənim yuxuma girirsən. Yuxuda deyirlər ki, ona kömək et. Dedi ki, sənin nə problemin var? Dedim, heç nə yoxdur. Söylədi ki, mən yata bilmirəm, 1 saata sənə yenidən zəng edəcəyəm. Nə problemin varsa, deyərsən.
Bir də gördüm, yenə zəng etdi. Məsələni ona başa saldım. Səhəri gün artıqlaması ilə pulu, üstəlik, cibxərcliyi də göndərdi. 1 həftə sonra Bakıya gəldi. Mənə dedi ki, sən indiki aktyor nəsildən geri qalırsan. Nəsə et. Qardaşın arxandadır. Həqiqətən də, milyarder deyil. Moskvada kiçik biznesi var. Dedi, sənə borc verirəm. İşin alınar, qaytararsan. Daha sonra elə bu pavilyonda zəng edib dedim ki, bu qədər lazımdır. Pulu göndərdi. Ay yarıma bütün borclar bağlandı”, - deyə o bildirib.

A.S.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI