Aktyor, aparıcı Fərda Xudaverdiyevin avtomobilinə hücum ediblər.
Oxu.Az xəbər verir ki, maşınının şüşəsi sındırılan aktyor bu barədə İnstagram-da məlumat verib.
“Valideyni bilinməyən şərəfsizlərin öz sənətçisinə qoyduğu hörmət. Ayın-ilin bu vaxtı məni nə qədər ziyana saldılar. Allah sizi cəzalandırsın. Allah cəzalandırsın sizi. Ayıq olun, gecə avtomobilinizi etibar etdiyiniz insanlardan məsuliyyətli olmalarını tələb edin”,-deyə o bildirib.
