Rusiyanın tanınmış estrada müğənnisi Filipp Kirkorov Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə şəhərimizdə yenicə konsert verən Ani Lorak “ATV maqazin” verilişinə açıqlamasında belə deyib.
O, F.Kirkorovun özəl şou hazırladığını bildirib:
“Filipp Kirkorov mənim ən yaxın dostum və qohumumdur. Bu yaxınlarda qızımın xaç atası oldu. Sizə bir sirr açım, Filipp yaxın günlərdə Bakıya gələcək. Buradakı tamaşaçıları üçün xüsusi şou hazırlayır”.