Bu ilin yayında Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova yenidən xəstəxanaya üz tutacaq.
Oxu.Az xəbər verir ki, aktrisa “Olaylar”a açıqlamasında belə deyib.
“Bu ilin yayında səhhətimdəki problemlərlə bağlı Türkiyəyə getdim və ağır beyin əməliyyatı keçirməli oldum. 2014-cü ilin yanvar ayında yenidən Türkiyəyə dönməyə məcburam. Səhhətimdə problemlər hələ də qalır. Həkimlərin məsləhəti ilə bir daha müayinədən keçməliyəm. Lazım gələrsə, ikinci dəfə beyin əməliyyatı keçirməyə məcburam. Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edə bilmirəm.
Yalnız dosenti olduğum ADMİU-da tələbələrimə dərs verirəm. Yanvarın 20-də teatrımızın səhnəsində İlyas Əfəndiyevin “Qarabağnamə” əsərində Tubu rolunu oynamalıyam. Ona görə də Türkiyədən tez qayıtmalıyam. Əməliyyatı lazım olsa, tamaşadan sonraya saxlayacağam. Şəhidlərimizə hörmət əlaməti olaraq bunu etməliyəm və bundan sonra tamaşaçılarla sentyabr ayına qədər vidalaşacağam. Təki Allah özü köməyim olsun!”.
Aytən Sadıqzadə
www.oxu.az