Sənət dostları fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva haqqında “Sənətsevər” verilişinə müsahibə veriblər.
Oxu.Az xəbər verir ki, əməkdar artist Firuzə İbadova mərhumla ölümündən bir həftə əvvəl görüşdüyünü bildirib. O, İlhamə Quliyevanın mirasını nəvəsi Ruslana bağışlamaq istədiyini deyib:
“İlhamə Quliyeva ilə görüşəndə demişdi ki,“Ruslanım üçün burnumun ucu göynəyir. Nəyim var Ruslanımındır. Mən ölüb gedəcəm, nəyim var, uşağıma, nəvəmə qalacaq””.
Müğənni Əli Mirəliyev isə İlhamə Quliyevanın ona olan son sözünün belə olduğunu deyib:
“Mən öləndə anamın qohumlarını, bacımın uşaqlarını içəri buraxma”.
Qeyd edək ki, xalq artistinin meyitinin ilkin müayinəsi zamanı onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulmasının səbəb olduğu müəyyən edilib.