Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu
Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.
"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun "Floranı udmuşam" qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".
Xatırladaq ki, F.Kərimovanın şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı.
Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl müğənni Afət Fərmanqızıya da məhkəmədə qalib gəlmişdi.