Fransanın Orleans şəhərindəki “Zenith” salonunda 4500 insanın iştirakı ilə “Miss France – 2015”in finalı baş tutub.
Oxu.Az xəbər verir ki, finalda 32 namizədi geridə qoyan “Miss Nord-Pas-de-Calais” gözəli 20 yaşlı Camille Cerf ölkənin ən gözəl qızı elan edilib. Sarışın gözəl tacı təhvil alarkən sevincdən göz yaşlarını tuta bilməyib.
Fransa Televiziya kanalı “TF1”-də canlı yayımlanan “Miss France-2015”in finalını 8 milyondan çox insan izləyib.
Münsiflər heyətində isə məşhur simalardan “Miss France 2008” Valerie Beguetet, Genevieve də Fontenay, Patrick Bruel, Laure Manaudou, Jean-Luc Reichmann, Stephane Rousseau, Philippe Bas yer alıblar.
Aytən Sadıqzadə