“Fashion Model School by Lyubov Gutorova” Model Agentliyi Əsmər Məhərrəmova və fotoqraf Toğrul Qurbanov müştərək layihələrini təqdim ediblər.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Əsmər Məhərrəmova – “FMS”-in aparıcı modellərindən biridir, onu yalnız podiumda deyil, müxtəlif reklam və foto layihələrdə də görmək olar.
Gənc və perspektivli fotoqraf Toğrul Qurbanov da məhz Əsmərlə Qobustanda fashion fotosessiyası üçün növbəti çəkilişləri edib. Modelin obrazı üzərində dizayner Günel Behbudova çalışıb.